Koronavirusa yoluxanlarda bu xəstəliklərə tutulma riski artır

 09:48 18.10.2023     324

COVID-19-da yoluxduqdan sonra diabet və ürək xəstəliyi riski artır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı terapevt Yuliya Mironova deyib.

O bildirib ki, COVID-19-a yoluxan insanların əksəriyyəti infeksiyadan sonra bir neçə gün və ya həftə ərzində sağalır:

"Ona görə də infeksiyanın başlanmasından ən azı dörd həftə sonra şikayətlər davam edərsə, post-Covid sindromundan şübhələnmək lazımdır. Ən çox insan uzun müddət davam edən nəfəs darlığı və öskürək, yorğunluq, sürətli ürək döyüntüləri, diqqəti cəmləməkdə çətinlik, yaddaş itkisindən şikayət edirlər. Tipik olaraq, bu şərtlərin müalicəsi  virusun vurduğu zərərdən sağalarkən simptomatik dəstək tələb edir.  COVID-19 xəstəsi olan insanlarda şəkərli diabet, ürək xəstəliyi, qan laxtalanması və ya nevroloji xəstəliklər kimi xəstəliklərə tutulma ehtimalı daha yüksək ola bilər".

Humay İSGƏNDƏRLİ