Başınızı və bədəninizi soyuq su ilə yumağın FAYDALARI

 20:11 18.10.2023     364

Dermatoloq İşmit Kaur saçınızı və bədəninizi soyuq su ilə yumağın təhlükələri haqqında mifi dağıdıb. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Həkimin sözlərinə görə, bu temperatur həssas dərisi olanlar üçün idealdır. 

"Soyuq su sakitləşdirici xüsusiyyətlərə malikdir, iltihabı və qızartıları azaldır", - deyə mütəxəssis izah edib.

Bundan əlavə, soyuq su üzdəki məsamələri sıxmağa kömək edir, sızanaqların görünüşünün qarşısını alır və qaşıntıları aradan qaldırır. Saçlara da faydalı təsir göstərir, onları parlaq və hamar edir. Soyuq su kəpəyi azaldır.

Yusif EYVAZLI