Həkim qazlı içki əvəzinə şərab içməyə ÇAĞIRDI

 21:34 18.10.2023     326

Teleaparıcı Aleksandr Myasnikov qazlı içkilərə qarşı xəbərdarlıq edib. 

Redaktor.az "lenta.ru"ya isitnadən xəbər verir ki o, insanları bunun əvəzinə yaxşı şərab, su, çay və ya qəhvə içməyə çağırıb.

Myasnikov deyib ki, dadlandırıcılarla müntəzəm olaraq soda istehlakı piylənmə və şəkərli diabetə səbəb ola bilər. 

"Bu içkilər infarkt və insult riskini də artırır. Əgər belə bir içkini bir dəfə içsəniz, pis bir şey olmayacaq, ancaq müntəzəm olaraq dadlandırıcı əlavə edilmiş içkilər içsəniz, onlar təhlükəli ola bilər", - deyə xəbərdarlıq edib.

Həkim ən təhlükəsiz olan içkilərin adını çəkib.

 "Yalnız çay, qəhvə, təmiz su və yaxşı şərab içə bilərsiniz. Qalan hər şey zərərlidir", - deyə Myasnikov bildirib.

Yusif EYVAZLI