Ürək və damarlar üçün ən zərərli qidalar

 17:54 19.10.2023     334

Trans yağlar və duz ürək üçün ən təhlükəlidir qidalardandır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq Anna Biryukova deyib.

Onun sözlərinə görə, qanda dolaşan trans yağlar “pis” xolesterinin səviyyəsini artırır:

"Trans yağlar piy və yağ məhsullarının, fast food və qənnadı məmulatlarının istehsalında istifadə olunur. Qida məhsulunda 100 q yağda 2 q-dan çox olmayan trans yağların olması nisbətən təhlükəsiz sayılır. İstehsalçılar çox vaxt bu rəqəmlərə məhəl qoymurlar. Bundan əlavə, popkorn, kartof qızartması və digər oxşar məhsullarda trans yağların miqdarını hesablamaq mümkün deyil. Çünki onların dəyərləri qablaşdırmada göstərilmir. Süfrə duzu, həddindən artıq istehlak edildikdə, bədəndə mayenin yığılması və ürək-damar sistemi xəstəliklərinin inkişafı baxımından təhlükəlidir".

Humay İSGƏNDƏRLİ