Hər gün çobanyastığı çayı içsəniz nə baş verər?

 01:44 20.10.2023     347

Çobanyastığı - romaşka kimi tanıdığınız dərman bitkisi bir çox xəstəliklərdə sehrli çubuqdur.

İlin bütün fəsillərində istər həzm, istər daxili orqanlar, istər sidik-cinsiyyət, istər sinir sistemi üçün iltihab əleyhinə, sakitləşdirici və rahatladıcı müalicəvi təsir edən çobanyastığını hər gün az da olsa qəbul etmək lazımdır.

Redaktor.az xəbər verir ki, yaxşı olar ki, keyfiyyətli çobanyastığı alasız. Əldən-ələ yığılıb, qurudulub satılan çobanyastığı sağlamlıq üçün uyğun olmaya bilər.

Ən yaxşısı aptekdən xüsusi qutuda olanları almaqdır. Amma onların da içində keyfiyyətsizi olur.

Qutu çobanyastığında kif, toz olmamalıdır.

Çobanyastığı düzgün qurudulub, düzgün saxlanılmalıdır. Əks təqdirdə bitkidə olan mikotoksinlər, kiflə birgə bakteriyalar orqanizmdə toplanıb, fəsadlar yarada bilər.

Ona görə aldığınız bitkini qutudan boşqaba töküb, diqqətlə kif, bitkidə bozarma, rütubət olub-olmamasına baxmalısız. Əgər tapsanız, o məhsul atılmalıdır.

Çobanyastığını özünüz dəmləsəniz yaxşıdır. Birdəfəlik paket çayları elə də effektiv olmur.

Dərman aptek çobanyastığı efir yağları ilə daha zəngindir. Onu həkim təyini ilə gündə 1 -2 xörək qaşığı miqdarından çox qəbul etmək olmaz.

Çobanyastığının faydaları:

- Əsəb sakitləşdirir
- yara sağaldır
- Mədə-bağırsaq xəstəlikləri
- Qadın xəstəlikləri
- Böyrək xəstəlikləri
- Uroloji problemlər
- Müxtəlif ağrılar
- Soyuqdəymə
- Ağızda iltihab, səpki
- Gözlərdə iltihab
- Uşaqlarda qarın ağrısı (medicina.az).