Ürək xəstələri mütləq bunları etməlidir

 02:11 23.10.2023     419

Xroniki xəstəlikləri birdəfəlik müalicə etmək mümkün olmasa da, bu xəstəlikləri nəzarətdə saxlamaq və sabit remissiyaya nail olmaq mümkündür.

Redaktor.az-ın “gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, həkimlər hipertoniya xəstələrinə özlərini necə hiss etmələrindən asılı olmayaraq, mütəmadi olaraq qan təzyiqlərini ölçməyi məsləhət görürlər.

Ürək xəstəliyi olan xəstələr üçün qrip və soyuqdəymə xəstəliklərinin profilaktikası, ilk növbədə qrip virusuna qarşı peyvənd lazımdır. Əgər bu xəstələr emosional vəziyyətlərinin pisləşdiyini hiss edirlərsə, fəaliyyət planı üçün psixoloqla əlaqə saxlamalıdırlar (lent.az).