Mövsümi allergiya ilə soyuqdəymə arasındakı FƏRQLƏR

 09:39 26.10.2023     316

Allergik reaksiyalar təkcə yaz və yay aylarında deyil, ilin digər vaxtlarında da baş verə bilər.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu allerqoloq Andrey Prodeus deyib.

O bildirib ki, payızda yayılan virus xəstəlikləri ilə qızdırma, ağrılı oynaqlar və ümumi narahatlıq hissi yaranır:

"Allergiya zamanı qızdırma nadir hallarda müşahidə olunur. Payızda yaranan allergiyaya səbəb ağacdan düşən yarpaqlardır. Allergiya və soyuqdəymə arasındakı əsas fərq qızdırma ilə burun axıntısıdır. Eyni zamanda əgər, soyuqdəyməniz varsa, kəskin baş ağrısı müşahidə edilər bilər. Amma allergiyada bu mümkün deyil".

Humay İSGƏNDƏRLİ