Çox miqdarda çörək yemək bu xəstəliklərə SƏBƏB OLUR

 20:01 27.10.2023     349

Pəhrizdə çox miqdarda çörək xolesterol səviyyəsinin artmasına və artıq çəki artımına səbəb ola bilər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə terapevt Nadejda Podkorytova xəbərdarlıq edib. 

Həkim qeyd edib ki, artıq çəki çox vaxt şəkərli diabet və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Artıq şəkərli diabet diaqnozu qoyulmuş şəxslər yalnız tam taxıl çörəyi və az miqdarda yeyə bilərlər.

"Mədə-bağırsaq problemi olan insanlar xəstəliklərin kəskinləşməsinə səbəb olmamaq üçün ümumiyyətlə çörək istehlakını minimuma endirməlidirlər", - terapevt bildirib.

Həkim qeyd edib ki, qlütenə qarşı dözümsüzlüyü olan insanlar tərkibində buğda, çovdar, arpa olan məhsullardan tamamilə uzaq durmalıdırlar.

Yusif EYVAZLI