Hansı içkilər sağlamlıq üçün ZƏRƏRLİDİR? - ARAŞDIRMA

 12:40 30.10.2023     398

Çay və qəhvə üçün şəkərin təhlükəsiz dozası 5 qramdır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, Hollandiyanın Leiden Universitetinin alimləri araşdırma apararaq çay və qəhvəyə şəkərin əlavə edilməsinin orqanizmə heç bir təsiri olmadığını müəyyən ediblər.

Hollandiyalı alimlərin fikrincə, şəkərli çay və qəhvə içən tədqiqat iştirakçıları, ümumiyyətlə şəkər içməyənlərlə müqayisədə özlərinin erkən ölüm riskini bir dəfə artırıblar və bu fərq çox kiçikdir. Tədqiqat iştirakçıları orta hesabla içkilərinə bir qaşıq şəkər əlavə ediblər ki, bu da təxminən 5 qramdır. Bu miqdar təhlükəsiz doza hesab edilib. Tədqiqat müəlliflərinin fikrincə, qazlı içkilər və şirələr təxminən 25 qram şəkər ehtiva edir, ona görə də bu içkilər sağlamlığa mənfi təsir göstərir.

Humay İSGƏNDƏRLİ