Çayın həddindən artıq qəbulu bunlara səbəb olurmuş - Həkim DANIŞDI

 09:51 31.10.2023     484

Çayın həddindən artıq istehlakı susuzluğa və həzm problemlərinə səbəb ola bilər. 

Redaktor.az "İzvestya"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Yuliya Vereina danışıb.

“Çaydan çox istifadə mədə və bağırsaqlarda balanssızlığa səbəb ola bilər. Çayın əsas komponentlərindən biri olan "tanin" mədədə qidalanma mühitinə mənfi təsir göstərərək, yeməkdən sonra diskomfort və hətta ağrıya səbəb ola bilər. Bundan əlavə, çay sidikqovucu təsiri sayəsində bədəndən suyu çıxarır, bu da susuzluğa səbəb olur”, - deyə həkim bildirib.

Həkimin sözlərinə görə, əsəb və ya yuxu probleminə meyilli insanlar qara çay içməkdən çəkinməlidirlər. Kofein onlarda sinir həyəcanı və yuxusuzluğa səbəb ola bilər.

Ayrıca, endokrinoloq qeyd etdi ki, vitamin komplekslərini çayla içməməlisiniz, çünki içkinin tərkibindəki "tanin" həll olunmayan birləşmələr əmələ gətirir və bu, dərmanları təsirsiz edir.

“Çay dərmanların sorulmasına mane olur. Ancaq antidepresanların təsiri onları çayla qəbul etdikdə güclənir, bu da həyəcan və yuxusuzluğa səbəb ola bilər”, - deyə Vereina qeyd edib.

Humay İSGƏNDƏRLİ