Burun qanamasının əsas SƏBƏBLƏRİ

 10:57 31.10.2023     397

Quru selikli qişalar burun qanamasının səbəblərindən biridir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu terapevt İqor Vidyaskin deyib.

O bildirib ki, burun qanamasının əsas səbəblərindən biri burun boşluğunda mikro çatların əmələ gəlməsi ilə əlaqəli olan selikli qişanın qurumasıdır:

" Bu, ən çox soyuq mövsümdə və ya quru iqlimi olan bölgələrdə müşahidə olunur. Burun qanaması rinit və sinüzitdən əziyyət çəkən insanlar üçün adi haldır. Həmçinin, burun qanamasının səbəblərindən biri arterial hipertoniya ola bilər. Yüksək qan təzyiqi burundakı damarlara əlavə stress yarada bilər ki, bu da zədələnməyə və burun qanamasına səbəb ola bilər. Burun qanamaları hemofiliya və trombositopeniya kimi qanın laxtalanması ilə bağlı pozğunluqlar səbəbindən baş verə bilər. Bu hallarda qanaxmanın müddəti artır".

Humay İSGƏNDƏRLİ