Stressin xərçəng xəstəliyinə müsbət təsirləri var imiş - ARAŞDIRMA

 17:16 31.10.2023     423

Stress xərçənglə mübarizədə kömək edir.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə Amerika Psixoloji Assosiasiyasının alimləri araşdırma aparıb.

Alimlər sübut ediblər ki, insanların 43%-ə qədəri xərçəngin təhlükəli olduğuna inanaraq ölür. Dəhşətli diaqnozu öyrənən xəstələr bədənlərindəki dəyişikliklərin geri dönməz olduğuna və ölümün qaçılmaz olduğuna əmin olurlar. Stress, əksinə, xəstəliyin öhdəsindən gəlməyə kömək edir.

Orqanizmin stressə reaksiyası çox vaxt hipoksiya, yəni oksigen çatışmazlığı səbəbindən sürətli nəfəs almağa səbəb olur. Hipoksiya zamanı xərçəng hüceyrələrinin böyüməsində azalma müşahidə oluna bilər və immunitet sistemi onlarla aktiv şəkildə mübarizə aparmağa başlayır.

Humay İSGƏNDƏRLİ