Alkoqollu dondurma uşaqlarda bu fəsadlara SƏBƏB OLUR

 17:51 02.11.2023     441

"Alkoqollu dondurma uşaqların ürəyinə, qan damarlarına və qaraciyərinə zərərlidir".

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim, qastroenteroloq Yekaterina Kaşux deyib.

Onun  sözlərinə görə, yetkinlik yaşına çatmayanlara alkoqollu dondurma satışının qadağan edilməsi əsaslandırılmış tədbirdir, çünki bu məhsulun uşaqlar tərəfindən istehlakı onların sağlamlığına zərər verə bilər:

“Spirtli içkilərin tərkibində olan etil spirti və fusel yağları ürəyə və qan damarlarına zərər verir, hepatositlərin - qaraciyər hüceyrələrinin zədələnməsinə və ölümünə səbəb olur. Sinir sistemi və beyin əziyyət çəkir. Bir uşağın bədənində mədədən alkoqol qana xüsusilə tez əmilir, belə ki, spirt ilə zahirən zərərsiz bir desertdən sonra belə intoksikasiya baş verə bilər. Və fərz etsək ki, uşaq həftədə bir neçə dəfə belə dondurma yeyir, fəsadları uzunmüddətli olacaq”, – deyə həkim bildirib.

O, həmçinin əlavə edib ki, spirt əlavə edilmiş şirniyyatlar bütün uşaqlar üçün zərərlidir.

Həmidə İBRAHİMLİ