Göz altında yaranan qara dairələrdən qurtulmağın YOLLARI

 09:50 03.11.2023     274

Hipoksiya (oksigen çatışmazlığı) gözlər altında qara dairələrə səbəb ola bilər.

Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bunu dermatoloq, kosmetoloq Tatyana Egorova deyib.

O bildirib ki, göz altında mavi dairələrin yaranmasına bəzi dərmanların qəbulu, həzm sistemində problemlər və digər amillər təsir edə bilir:

" Qara dairələrdən qurtulmaq üçün ev şəraitində kompresslər və ya çay diskləri kimi müxtəlif losyonlardan istifadə edə bilərsiniz. Qara dairələr çox açıqdırsa, dərini qidalandırmaq və dartmaq üçün vitamin və mikroelementlərlə zənginləşdirilmiş preparatdan istifadə edilir. Bu komplekslər iynə vasitəsilə yeridilir ki, bu da mütləq həkim tərəfindən təyin olunmalıdır. Çünki hər kəs üçün uyğun deyil. Bədənin kifayət qədər oksigen alması üçün təmiz havada gəzintilərə də xüsusi diqqət yetirməyə dəyər".

Humay İSGƏNDƏRLİ