Ən sağlam payız qidaları bunlar imiş - dietoloq AÇIQLADI

 10:04 06.11.2023     371

"Balqabaq və kələm ən sağlam payız tərəvəzləridir".

Redaktor.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bunu terapevt və dietoloq Yelena Tixomirova deyib. 

Mütəxəssis balqabağı pəhrizə əlavə etməyi tövsiyə edib, çünki tərkibində çoxlu lif var:

"100 qram balqabağın tərkibində hormonların istehsalı üçün lazım olan, həmçinin görmə üçün faydalı olan A vitamini var".

Çuğundur da faydalı payız tərəvəzidir. Dietoloqun sözlərinə görə, bu tərəvəzin əsas dəyəri onun bənövşəyi rəngə boyanan antosiyaninləridir.

Tixomirova bildirir ki, antosiyaninlər orqanizmə sərbəst radikallarla mübarizə aparmağa, radikal oksidləşməni dayandırmağa kömək edir, həmçinin stresslə mübarizə aparmağa və qocalma prosesini ləngitməyə kömək edir.

Həkim ağ kələmi də faydalı payız məhsulu adlandırıb. Onun sözlərinə görə, bütün kələm növlərinin tərkibində qadınlarda süd vəzisi xərçənginin inkişafının qarşısını alan maddələr var. Bundan əlavə, ağ kələmdə selikli qişaları sağaltma xüsusiyyətinə malik olan U vitamini var. Qastrit və mədə xoralarının kəskinləşməsinin qarşısını almaq üçün də yaxşı vasitədir.

Həmidə İBRAHİMLİ