Duz diabetin inkişafına necə təsir edir? - CAVAB

 02:12 10.11.2023     532

Diabet şəkərin həddindən artıq qəbulu ilə əlaqəlidir. Lakin məlum olub ki, həddindən artıq duz qəbulu ürək-damar xəstəliklərinin inkişaf riskinə də təsir edə bilər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, britaniyalı alimlərin apardığı yeni araşdırma çox duz yeməyin diabet riskini artıra biləcəyini göstərib. 

Araşdırmada 37-73 yaş arası 400 mindən çox britaniyalı iştirak edib. Müşahidə təxminən 12 il davam edib və qeyd olunub ki, bütün iştirakçılar arasında 13 mindən çox insan 2-ci tip diabetdən əziyyət çəkir.

“Artıq bilirik ki, duz qəbulunuzu məhdudlaşdırmaq ürək xəstəliyi və hipertoniya riskinizi azalda bilər. Lakin bu tədqiqat duz qəbulunun azaldılmasının 2-ci tip diabetin inkişafının qarşısını almağa kömək edə biləcəyini göstərən ilk araşdırmadır” - deyə tədqiqatın aparıcı müəllifi Dr. Lu Qi deyib.

Nəticələr göstərib ki, “bəzən”, “adətən” və ya “həmişə” duzlu qidalar qəbul edən insanlarda “heç vaxt” və ya “nadir hallarda” duz əlavə edənlərə nisbətən müvafiq olaraq 13%, 20% və 39% daha çox 2-ci tip diabet inkişaf riski var (lent.az).