İnfarkt zamanı ilk tibbi yardım - Özünüzü itirməyin

 02:12 13.11.2023     765

Bir insanın infarkt keçirdiyini bu əlamətlərdən bilmək olar:

Bu barədə Redaktor.az "medicina.az"a istinadən xəbər verir.

-Döş qəfəsində və kürəkdə dözülməz ağrı. Bu ağrı nitroqliserin qəbulundan sonra da keçmir. Döş qəfəsinin sol hissəsi, sol əl və kürəyə yayılır. 30 dəqiqədən 2 saata kimi davam edə və daha çox çəkə bilər. 

-Soyuq tər

-Sürətli nəbz

-İnsanın üzü ağarır, havası çatışmır, qorxur

-Sinir oyanıqlığı

-Ürəkbulanma, qusma.

Necə yardım etməli:

-Sakit, düz yerə uzadıb, təmiz hava axınını təmin etməli

-Dərhal təcili yardım çağırmalı

-Nitroqliserin verib, onu tam sovurmağı tapşırmalı. Növbəti həb 5-7 dəqiqədən sonra verilir. 3 dəfədən artıq vermək olmaz. Nitroqliserin yoxdursa, validolla əvəz edin. Arterial təzyiq tez-tez ölçülür. Əgər təzyiq çox aşağı düşsə, həb verilmir.

-Qəndin üzərinə 30 damcı korvalol damızdırıb vermək

-Tromblaşmanın qarşısını almaq üçün aspirin qəbulu. Suda həll olunub içilir. Ağrını kəsmək üçün analgin iynəsi vurula bilər

-Ayaqların altına isti "qrelka” qoymaq

-Təcili yardım gələnə kimi, kliniki ölüm baş versə, ürək massajı həyata keçirilməlidir.