Təhlükəli xəstəliyə səbəb olan vərdişlərlə bağlı XƏBƏRDARLIQ
Şəkərli diabetə səbəb olan əsas amillər siqaret, yuxusuzluq və aşağı fiziki fəaliyyətdir.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu terapevt Olqa Çirkova bildirib .
Çirkova 2-ci tip şəkərli diabetin inkişafının əsas səbəbini metabolik pozğunluqlar adlandırıb:
"Bunun nəticəsində orqanizmin hüceyrələri insulinə həssas olur. Daim yüksək qan şəkəri səviyyəsinin (hiperqlikemiya) təhlükəli nəticələri sinir uclarına və damar divarlarına ziyan vurur. Bu da öz növbəsində böyrəklərin və ürəyin işində pozulmalara, görmə qabiliyyətinin itirilməsinə və ayaqlarda trofik xoraların yaranmasına səbəb olur".
Humay İSGƏNDƏRLİ