Ürək üçün ən zərərli qidalar BUNLAR İMİŞ

 10:18 15.11.2023     536

Duzlu, turşu və turş qidalar ürəyə ən çox zərər verir.

Redaktor.az "News.ru"ya istinadla xəbər verir ki, bunu kardioloq Yuri Konev deyib.

Həkim qeyd edib ki, bəzi qidalar ürəyin düzgün işləməsi üçün xüsusilə təhlükəlidir.

“Həddindən artıq duz istehlakı bir sıra damar xəstəliklərinin gedişatına mənfi təsir göstərir. Artıq xolesterol problemi aktual olaraq qalır - yağlı ətlər, yağlı süd məhsulları. Böyük miqdarda şəkər də ürəyə mənfi təsir göstərir”, - deyə Konev qeyd edib.

Kardioloq əlavə edib ki, spirtli içkilər, fast food, qazlı su və yalnız az miqdarda istehlak edilə bilən qənnadı məmulatları da ürək sağlamlığına zərərlidir.

Həmidə İBRAHİMLİ