Koronavirusdan sonra qoxu itkisi geri dönə bilər - Alimlər sübut etdi

 20:51 16.11.2023     615

İtalyan alimləri sübut ediblər ki, koronavirus səbəbiylə qoxu və dad itkisi geri dönə bilər. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Tədqiqat üçün komanda 2020-ci ilin mart və aprel aylarında yüngül COVID-19 olan 88 nəfərin məlumatlarına baxıb. Üç il ərzində iştirakçılar test sistemindən istifadə etməklə illik psixofizik müayinələrdən keçiblər.

Müşahidə dövründə subyektlərin qoxu və ya dad hissi azalıb. Belə ki, kəskin mərhələdə disfunksiya 64,8 faiz səviyyəsində olub, bir, iki və üç ildən sonra müvafiq olaraq 31,8, 20,5 və 15,9 faizə düşüb. Eyni zamanda, dad pozğunluqları daha az görünür və qoxu hissi ilə müqayisədə daha tez bərpa olunur.

Yusif EYVAZLI