ÜST tənhalığı qlobal təhlükə adlandırdı - Gündə 15 siqaret çəkməklə eynidir

 23:58 16.11.2023     277

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı qlobal sağlamlıq təhlükəsi elan edib. Onun insana zərərli təsiri gündə 15 siqaret çəkməyə bərabərdir.

Redaktor.az "unian"a istinadən xəbər verir ki, bu barədə tənhalıq problemi üzrə beynəlxalq komissiya yaradan ÜST məlumat verib.

 "Hər kəs, hər yerdə tənha və ya sosial cəhətdən təcrid olunmuş ola bilər",- deyə ÜST qeyd edib. 

Təşkilat, insanların sosial fəaliyyətini dayandıran COVID-19 pandemiyası səbəbiylə tənhalıq probleminin daha da pisləşdiyini, buna görə də tənhalığın səviyyəsinin artdığını bildirib.

“Tənhalıq heç bir yaş və sərhəd tanımır və sağlamlığın, rifahın və inkişafın bütün aspektlərinə təsir edən qlobal ictimai sağlamlıq probleminə çevrilir”, - ÜST bildirib.

Onlar qeyd ediblər ki, tənhalığın insan sağlamlığı üçün riskləri gündə 15 siqaret çəkməyə bərabərdir. ÜST bunun zərərinin piylənmə və oturaq həyat tərzindən daha çox olduğunu vurğulayıb.

ÜST əlavə edib ki, dünyada hər dörd yaşlı insandan biri sosial izolyasiyaya məruz qalır ki, bu da demans riskini 50%, koronar arteriya xəstəliyi və ya insult riskini 30% artırır.

Bundan əlavə, araşdırmalara görə, dünyada yeniyetmələrin 15%-ə qədəri tənhadır. Onlar məktəbdə tənhalıq yaşayırlar və universiteti tərk etmək ehtimalı daha yüksəkdir. 

Yusif EYVAZLI