Şorbanın çox qəbulu orqanizmə lazımdırmı?
Böyüklər üçün həftədə iki-üç dəfə şorba yemək vacibdir.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu terapevt Daria Utyumova bildirib.
O qeyd edib ki, şorbalar dünyanın bir çox mətbəxlərinin ayrılmaz hissəsidir:
"Yazda onlar təravətləndirici və yüngül, qışda isə ürəkaçan və isti olurlar. Mədə-bağırsaq traktının xroniki və ya kəskin xəstəlikləri olmayan böyüklər üçün həftədə iki-üç dəfə menyuya şorba daxil etmək vacibdir. Düzgün hazırlanan şorba orqanizmin normal fəaliyyəti üçün zəruri olan balanslaşdırılmış miqdarda zülallar, yağlar, karbohidratlar və digər mikroelementləri ehtiva edir".
"Şorbalar qızardılmış və ya bişmiş qidalarla müqayisədə daha az kalorili olur və daha tez həzm olunur. Şorbanın xeyirli olması üçün onu düzgün hazırlamaq vacibdir. Tərəvəz, toyuq, hinduşka və ya yağsız ət ilə hazırlananları seçmək daha yaxşıdır. Tərəvəz şorbalarında çox miqdarda pəhriz lifi var. Onlar peristaltikanı yaxşılaşdırmağa kömək edir",- deyə terapevt bildirib.
Humay İSGƏNDƏRLİ