Arıqlamaq üçün istifadə etdiyiniz bu üsul təhlükəlidir - Həkimlər XƏBƏRDARLIQ ETDİ

 10:41 17.11.2023     430

Məşhur rus həkim-terapevt Yelena Malışeva, eləcə də kardioloq German Qandelman və oftalmoloq Mixail Konovalov arıqlamaq məqsədi ilə oruc tutmağın təhlükələri barədə xəbərdarlıq ediblər.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, həkimlər bildiriblər ki, arıqlamaq üçün bu məşhur üsul aritmiya, qaraciyər yağlanmasına səbəb olur və maddələr mübadiləsini pozur. 

Mütəxəssislər qeyd ediblər ki, uzun müddət ac qalmaq qanda kaliumun səviyyəsinin azalmasına gətirib çıxarır və aritmiya meyli yaranır. "Uzun müddətli oruc bədənin bütün sistemlərinə təsir edir", - deyə Qandelman bildirib.

"Araşdırmalara görə, ac qalmağa meyilli insanlar əzələ kütləsi səbəbindən arıqlayırlar və sonra yemək yeməyə başlayanda onların artıq çəki alması çətinləşir, çünki onların metabolik prosesləri pozulur”, - deyə həkim bildirib.

Həkimlər yulaf südünün inək südündən daha çox kilolardan xilas olmaq istəyənlər üçün sağlam olmadığı barədə də xəbərdarlıq ediblər.

NƏRGİZ