Siqaret çəkənin sağlamlığını bərpa edə biləcəyi yaş həddi müəyyən edilib - Həkim

 11:43 17.11.2023     433

Müəyyən yaşa qədər siqaretdən imtina edən insan sağlamlığını tam bərpa edə bilir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə kardioloq Darya Kuleşova deyib.

Həkim bildirib ki, 35 yaşından əvvəl siqareti tərgitsəniz, siqaretin zərərli təsirlərindən tamamilə qurtula bilərsiniz. Müşahidələr göstərir ki, bu yaşdan əvvəl siqareti buraxanların ömrü siqaret çəkməyənlərlə eyni olub.

Yetər ki, insan nikotin və kimyəvi maddələrlə zəhərlənməyi dayandırsın.

Siqareti tərgitməyin faydaları:

-bədən daha yaxşı hiss edəcək;

-vaxtından əvvəl ölüm riski azalacaq;

-reproduktiv sağlamlığın pisləşməsinin qarşısı alınacaq;

-ürək-damar xəstəlikləri riski azalır;

-xroniki obstruktiv ağciyər xəstəliyinin (KOAH) və xərçəngin qarşısı alınır;

-artıq koronar ürək xəstəliyi və ya KOAH olanlara faydalıdır;

-həyat keyfiyyəti yaxşılaşacaq;

Bütün bu faydaları siqareti atmağa qərar verməklə və formalaşmış vərdişə qayıtmamaq üçün səbirlə əldə etmək olar.

NƏRGİZ