Həkim asqırmağı düzgün saxlamağın yolunu AÇIQLADI

 20:56 17.11.2023     324

Təmkinli asqırma orqanizm üçün mənfi nəticələrə gətirib çıxarmır.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə professor Stanislav İonov bildirib.

Həkimin fikrincə, asqırmaq istəyi sağlamlığa təhlükə yaratmadan yatırıla bilər. 

"Burun boşluğunda qaşınma hissi yaşayırsınızsa, sadəcə burun keçidlərinizi çimdikləyin. Bunun heç bir mənfi nəticəsi olmayacaq", - deyə İonov vurğulayıb.

Həkim asqırmağı dayandıra bilməyənlərə ağız və burunlarını salfet və ya dəsmal ilə bağlamağa çağırıb.

İonov izah edib ki, bu proses zamanı havaya daxil olan bakteriyalar insanın özü üçün təhlükəli ola bilər:

"Məsələn, gözün selikli qişasına düşərsə, konyunktivit və digər infeksiyalara səbəb ola bilər", - İonov yekunlaşdırıb.

Yusif EYVAZLI