Üzdə dərin qırışların yaranma səbəbi - BUNU ETMƏYİN!
Yan tərəflər üstə yatmaq limfanın hərəkətsizliyinə və burun-labial qıvrımlarda və dekoltedə qırışlara səbəb olur.
Redaktor.az “lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə idman həkimi, sağlamlıq və gözəllik üzrə ekspert Aleksandra Çistyakova bildirib.
Çistyakovanın sözlərinə görə, yan tərəf üstə yatarkən yuxarı göz qapaqlarında və alın hissədə şaquli dəri qıvrımları əmələ gəlir: "Kosmetologiyada bunlar yuxu qırışları adlanır. Qarın üstə yatmaq da üzünüzə daha çox zərər verir. Buna görə də gəncliyi qorumağın yeganə üsulu arxası üstə və düzgün seçilmiş yastıqda yatmaqdır. Yastıq seçərkən, çiyin qurşağına nisbətən boyun və başın fizioloji vəziyyətinə diqqət yetirmək lazımdır. Təxminən hündürlüyü 8-10 santimetr olan bir yastıq seçin. Ancaq bədəninizin ölçülərini də mütləq nəzərə alın”,- o, bildirib.
NƏRGİZ