Yuxudan sonra baş ağrılarının SƏBƏBLƏRİ
Baş ağrısı ilə oyanmaq təhlükəli sağlamlıq problemindən xəbər verir.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu həkim Yelena Tsareva deyib.
O bildirib ki, yuxudan sonra baş ağrıları artan təzyiqin nəticəsi ola bilir:
"Səhər baş ağrıları insanı düzgün yuxu rejiminə əməl etsə belə narahat etməyə davam edərsə, dərhal mütəxəssisə müraciət edilməlidir. Oxşar ağrı depressiyadan əziyyət çəkənlərdə də müşahidə edilə bilər. Bəzən baş ağrılarını aradan qaldırmaq üçün sükut və qaranlıqda dincəlmək, bir az qəlyanaltı və ya su, şirin çay içmək, dərindən nəfəs almaq kifayət edir".
Humay İSGƏNDƏRLİ