Bu insanlara ac qarına su içmək OLMAZ
Böyrək xəstəliyi olan insanlar ac qarına su içməməlidirlər.
Redaktor.az xəbər verir ki, bu barədə qastroenteroloq Rüstəm Sadıqov qeyd edib.
Sadıqovun sözlərinə görə, kifayət qədər su içmək vacibdir, çünki o, bütün orqanizmin sağlamlığını qoruyur. Quru selikli qişalar bakteriyaların çoxalması üçün ideal yerdir.
"Həkimlər bir gecədə qatılaşan qanı sulandırmaq, öd yollarının spazmını aradan qaldırmaq və mədəni işə salmaq üçün səhər acqarına bir neçə stəkan ilıq su içməyi məsləhət görürlər. Ancaq belə bir vərdiş bəzi insanlara zərər verə bilər. Əgər böyrək və öd kisəsi ilə bağlı problemlər, həmçinin yüksək təzyiq varsa, acqarına çoxlu su içmək olmaz. Həkimlə məsləhətləşmədən bu vərdiş xroniki xəstəlikləri ağırlaşdıra bilər", - qastroenteroloq izah edib.
Yusif EYVAZLI