Dondurulmuş qidaların zərəri varmı? - Həkim AÇIQLADI

 09:25 23.11.2023     458

Dondurulmuş bitki qidalarında vitaminlər tamamilə qorunur.

Redaktor.az xəbər "İzvestiya"ya istinadən xəbər verir ki, bunu qastroenteroloq Natalya Morozova deyib.

O bildirib ki, dondurulmuş yerkökünün tərkibindəki  A vitamininin miqdarı nəmin donması səbəbindən daha da arta bilər:

"Lakin zülalların, yağların, karbohidratların, mikro və makroelementlərin miqdarı dondurulan zaman dəyişmir. Məhsulların dondurulması ətin və balığın hüceyrə quruluşunu bir qədər dəyişdirə bilsə də, onların faydalı xüsusiyyətlərini dəyişmir. Əksər giləmeyvə və tərəvəzlərin saxlanma müddəti 12 aydan çox olmamalıdır. Yağsız balıqları 8 aya qədər, yağlı balıqları isə 4 aya qədər saxlamaq tövsiyə olunur".

Humay İSGƏNDƏRLİ