Uşaqları qripdən necə qoruyaq? - Həkim yollarını açıqladı
"Uşağı qripdən qorumaq üçün bütün ailə üzvləri peyvənd edilməlidir".
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu immunoloq və pediatr Andrey Prodeus deyib.
Onun sözlərinə görə, soyuq mövsümdə bütün ailə üzvlərinə edilən qrip peyvəndi uşağın immun müdafiəsini gücləndirə bilər.
Həkim onu da qeyd edib ki, uşaqların dəqiq yuxu rejiminə riayət etməsi vacibdir, çünki onun olmaması orqanizmin qripə qarşı müdafiəsinin zəifləməsinə səbəb ola bilər.
Bundan əlavə, Prodeusa görə, uşağa dəmir və D vitamini olan qidalar vermək lazımdır, çünki bu maddələr immunitetin düzgün və səmərəli fəaliyyətinə kömək edir.
Onun fikrincə, təmiz havada tez-tez gəzinti uşaqların immunitetinin möhkəmlənməsinə faydalı təsir göstərir.
Həmidə İBRAHİMLİ