Dişinizi fırçalayarkən bunlara DİQQƏT EDİN

 19:47 23.11.2023     331

Yatmazdan əvvəl dişlərinizi fırçalayarkən müəyyən hərəkətlər ardıcıllığına əməl etmək lazımdır.

Redaktor.az xəbər verir ki, bu barədə diş həkimi Vyaçeslav Minko bildirib.

Minkonun sözlərinə görə, ümumiyyətlə, axşam diş baxımı proseduru səhərdən fərqlənmir, lakin bir çoxları bu prosesə kifayət qədər vaxt ayırmır, bu da kariyesə gətirib çıxarır. 

O, fırçanı 45 dərəcə bucaq altında tutmağı və diş ətindən dişlərin kənarına doğru hərəkət etməyi tövsiyə edib. 

 “Üfüqi fırçalama dişlərarası boşluqları təmizləməz. Ona görə də orada qida hissəcikləri  qalır və nəticədə kariyesə səbəb olur”, - stomatoloq izah edib.

Dişlərinizi fırçaladıqdan sonra ani hərəkətlər etmədən və fırçaya bərk basmadan dilinizi təmizləməli, daha sonra dişləriniz üçün xüsusi bir fırça ilə dişlər arasındakı boşluqları təmizləməlisiniz. 

Minko həmçinin elektrik diş fırçası və aşağı aşındırıcı diş məcunu istifadə etməyi tövsiyə edir.

Yusif EYVAZLI