Dietoloq yaşlı insanlara səsləndi - Bu məhsuldan uzaq durun
Süd məhsulları laktoza dözümsüzlüyünə səbəb ola bilər.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu dieotoloq Natalya Kruqlova deyib.
O bildirib ki, yaşlı insanlarda laktoza çatışmazlığı süd məhsullarında karbohidratların parçalanmasında iştirak edən ferment sayəsində əmələ gələ bilir:
"Əgər insanda belə bir çatışmazlıq aşkar edilərsə, o, fermentləşdirilmiş süd məhsullarından imtina etməli və laktozasız məhsullara keçməlidir. Əgər bir insanın süd məhsullarına qarşı şişkinlik və ya bağırsaq disfunksiyası müşahidə edilmirsə, məhsullar pəhrizində qala bilər".
Humay İSGƏNDƏRLİ