Həkim bədənin sağ tərəfində olan ağrıların səbəblərini AÇIQLADI
Sağ tərəfdəki ağrı ən çox öd kisəsi və qaraciyərlə əlaqələndirilir.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu reabilitasiya həkimi Nikolay Mavriçev deyib.
O qeyd edib ki, öd kisəsi və qaraciyərin fəaliyyətində olan problemlər sağ hipokondriyumda ağrıya səbəb ola bilər:
"Daxili orqanların xəstəlikləri nə qədər çox olarsa, ağrı da bir o qədər güclüdür. Müşayiət olunan xəstəliklər vəziyyəti daha da pisləşdirir və toksinlərin, ödün sürətlə yığılmasına kömək edir. Stress sağ tərəfdəki ağrıların əsas səbəblərindən biri ola bilər. Pəhrizdə çoxlu şirniyyatlar da daxil olmaqla zərərli qidaların qəbulu çox vaxt “öd ifrazının” pozulmasına səbəb olur".
Humay İSGƏNDƏRLİ