Alimlər duzdan imtina etməyin fəsadlarını AÇIQLADI
Amerikalı alimlər gündə cəmi bir çay qaşığı duzun kəsilməsinin insanın qan təzyiqinə təsir etdiyini müəyyən ediblər.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Tədqiqat 50-75 yaş arası 213 nəfər arasında üç həftə ərzində aparılıb. İlk həftədə iştirakçılar adi pəhrizə əməl ediblər, ikincidə çoxlu duz qəbul ediblər, üçüncüdə isə könüllülərin adi qida rasionu ilə müqayisədə onun miqdarı azalıb.
Tədqiqatın elmi rəhbərinin sözlərinə görə, könüllülərin 70-75 faizində qan təzyiqi üçün dərman qəbul edib-etməməsindən asılı olmayaraq az duzlu pəhrizin təzyiqi aşağı saldığı müəyyən edilib. Az duzlu pəhrizdən bir həftə sonra qan təzyiqi daha da aşağı düşüb.
“Bu, qan təzyiqinə nəzarət etmək üçün duz qəbulunun azaldılmasının vacibliyini vurğulayır", - tədqiqatın elmi rəhbəri araşdırmanın əhəmiyyətini izah edib.
Yusif EYVAZLI