Yataq istirahətinə riayət edilməməsi bu xəstəliyi AĞIRLAŞDIRIRMIŞ

 10:07 27.11.2023     314

Kəskin respirator virus infeksiyası olan xəstələr uzanaraq istirahətdə olan zaman daha tez sağalır.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu həkim Daria Miftaxova deyib.

 O bildirib ki, yataq istirahəti terapevtik və qoruyucu rejimin növlərindən biridir:

"Qrip və kəskin respirator virus infeksiyası zamanı yataq istirahətinə əməl etməsəniz, bronxit, boğaz ağrısı, otit inkişaf riski, ürək-damar xəstəliklərinin gedişatının pisləşməsi riski artır. Uzanaraq istirahət zamanı virus infeksiyasının yayılması azalır. Yüngül respirator virus infeksiyasına ilk 5-7 gün ərzində izolyasiya lazımdır. Səhhətiniz və hərarətiniz normallaşdıqdan sonra normal həyatınıza qayıda bilərsiniz".

Humay İSGƏNDƏRLİ