Soyuqdəymə zamanı immuniteti gücləndirməyin YOLLARI
İctimai yerlərə baş çəkərkən fərdi qoruyucu vasitələrdən istifadə edilməlidir.
Redakor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu həkim Marina Kondratenko deyib.
O bildirib ki, immun sistemini gücləndirmək üçün müntəzəm olaraq vitamin qəbulu, bəzi zəncəfilli çaylar, göyərti, giləmeyvə qəbul etmək lazımdır:
"Bu tip vasitələr faydalıdır. Onlar nazofarinksə müəyyən dezinfeksiyaedici təsir göstərəcəkdir. Bu, immunitet komponentini yaxşılaşdıracaq və soyuqdəymə ehtimalını azaldacaq. Ətrafda çoxlu xəstə insanlar olduqda maska və qoruyucu eynək taxmaq lazımdır. Burunun yuyulması üçün dəniz suyuna əsaslanan məhsullardan istifadə etmək tövsiyyəlidir".
Humay İSGƏNDƏRLİ