Qışda immuniteti gücləndirməyin YOLLARI

 09:41 28.11.2023     328

Pəhriz əlavələri xəstəlik dövründə immuniteti dəstəkləməyə kömək edir.

Redaktor.az "Izvestiya"ya istinadən xəbər verir ki, bunu dietoloq Aleksey Kovalkov deyib.

O bildirib ki, virus infeksiyaları və soyuqdəymə müddətində immunitetin qorunmasında qida əlavələri əla köməkçi vasitə ola bilər:

"Xəstəliklərin çoxu sağalmır, ancaq xroniki mərhələyə keçir. Həblər yalnız xəstənin vəziyyətini yüngülləşdirir. Pəhriz əlavələri isə çox yavaş-yavaş, tədricən təsirini göstərir. Onlar orqanizmdəki daxili tarazlığı bərabərləşdirir, metabolik prosesləri normallaşdırır, insanın sağalmasına kömək edir. Məsələn, sümük sağlamlığını gücləndirmək üçün kalsium, anemiyanın inkişafının qarşısını almaq üçün dəmirdən istifadə etmək tövsiyə olunur".

Kovalkov bədən çəkisini azaltmağa kömək edə biləcək pəhriz əlavələrinə diqqət çəkərək deyib ki, onları istifadə etməzdən əvvəl tərkibini diqqətlə öyrənmək vacibdir.

Dietoloqun qənaətinə görə, pəhriz əlavələrinin düzgün istehlakı üçün bu sahənin mütəxəssisləri ilə məsləhətləşmək lazımdır.

Hamilə və süd verən analar, həmçinin xroniki xəstəlikləri olan yaşlı insanlar qida əlavələri qəbul edərkən diqqətli olmalıdırlar.

Humay İSGƏNDƏRLİ