Universitet tələbələrinin qızılcaya yoluxması TƏKZİB EDİLDİ
![](https://img.redaktor.az/news/2023/11/photo_223788.jpg)
Azərbaycan Texniki Universitetində 8 tələbədə qızılca xəstəliyi aşkar edilməsi ilə bağlı rəsmi məlumat açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi tərəfindən yayılan açıqlamada bildirilib.
“Noyabr ayı ərzində Azərbaycan Texniki Universitetindən 1 nəfər qızılcaya şübhəli şəxsin məlumatı daxil olub və onun son diaqnozu inkar edilib”, - nazirliyin məlumatında vurğulanıb.