Bu tərəvəz bir çox xəstəliklərin dərmanıdır

 00:25 29.11.2023     448

Çuğundur yemək xərçəngin inkişaf riskini azaltmağa, dəmir səviyyəsini artırmağa, ürəyin fəaliyyətini yaxşılaşdırmağa, hətta arıqlamağa kömək edəcəkdir.

Redaktor.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri həkim və teleaparıcı Aleksandr Myasnikov çuğundurun möcüzəvi xüsusiyyətlərindən danışıb. O, bildirib ki, tərəvəzi müəyyən mənada bir çox xəstəliklərin dərmanı da adlandırmaq olar.

"Klinik tədqiqatlar göstərib ki, çuğundurun tərkibindəki betain fiziki gücü artırmağa, əzələ kütləsini artırmağa və yağ ehtiyatlarını azaltmağa kömək edir. Fiziki hazırlığı yaxşılaşdırmaq üçün betain əsasında dərmanlar da istehsal olunur", - həkim "Rusiya-1" televiziya kanalının efirində qeyd edib.

Myasnikov çuğunduru çiy yeməyi tövsiyə edib, çünki qaynadıldıqda tərəvəz faydalı xüsusiyyətlərini itirə bilər. Bundan əlavə, bu tərəvəz böyrək daşları və ya oksalatların əmələ gəlməsi ilə əlaqəli digər xəstəlikləri olan xəstələr üçün tövsiyə edilmir.