Hamiləlik zamanı qadının beynində nə baş verir?

 01:44 29.11.2023     529

Həkim hamiləlik zamanı qadının beynində nə baş verdiyini izah edib. 

Redaktor.az lent.az-a istinadən bildirir ki, hamiləlik dövründə beyin hiss orqanlarının fəaliyyətini gücləndirir. 

Tanınmış nevroloq Mixail Tonev bu barədə danışıb: 

"Bütün bədənin hormonal sistemini yenidən quran hipofiz vəzi və digər insanların emosiyalarına və davranışlarına nəzarət edən şöbələr genişlənir. Bu səbəbdən də ana olmağa hazırlaşanlar hisslərini daha emosional şəkildə ifadə edir. Ancaq beynin digər hissələri həcmdə azalır, məsələn, qısamüddətli yaddaşa cavabdeh olan hipokampus, hamilə qadınlarda bəzi unutqanlığa gətirib çıxara bilər". 

Nevroloqun sözlərinə görə, hamiləlik zamanı beynin hisslərin qavranılmasında iştirak edən nahiyələrində də dəyişikliklər baş verir. Ona görə də qadınların qoxulara, dadlara, səslərə, temperatura qarşı həssaslığı artır. 

"Lakin beynin bütün hissələrinin funksionallığı dəyişməz olaraq qalır, yəni heç bir "beyin axını"ndan söhbət gedə bilməz", - deyə həkim aydınlaşdırıb.

Mixail Tonev, nəticələrinin hamiləlik dövründə beynin bəzi nahiyələrində boz maddənin miqdarının azaldığını göstərən bir araşdırmanı da xatırladıb.

"Ancaq başa düşmək lazımdır ki, boz maddənin itirilməsi patoloji proses deyil, qadının ailədəki yeni rola uyğunlaşması və uşağına bağlılığın formalaşması üçün vacib şərtdir",-deyə nevroloq qeyd edib.