Soyuqdəymə zamanı bunu YEMƏYİN
Tibb elmləri doktoru Yuri Mizernitski məşhur olan soyuqdəymədən qorunma üsulunun təhlükəsi barədə xəbərdarlıq edib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Həkim sarımsaq yeməyin soyuqdəymədən qoruduğu barədə mifi dağıdıb.
"Bir tərəfdən, sarımsaq həqiqətən faydalıdır, lakin qrip və virus infeksiyalarının qarşısının alınması və müalicəsində əslində nə dərəcədə rahatlıq gətirdiyi böyük sualdır" deyə həkim bildirib.
Bundan əlavə, mütəxəssis çoxlu miqdarda sarımsaq yeməyin qastritə səbəb ola biləcəyini vurğulayıb.
Yusif EYVAZLI