Bu ədviyyatlar immunitet sistemini GÜCLƏNDİRİR

 23:37 28.11.2023     255

Ən çox isti ədviyyatlar antiviral xüsusiyyətlərə malikdir və immunitet sistemini gücləndirir. 

Redaktor.az "izvestya"ya istinadən xəbər verir ki, bunu diyetoloq Andrey Zolotarev "Sputnik" radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, zəncəfil, istiot, xardal, zərdəçal və digər ədviyyatlar müxtəlif bioloji aktiv maddələrlə zəngindir. Onlar, əksər isti ədviyyatlar kimi, təbii antibiotikləri ehtiva edir.

"Bitkilər fitonsidlərin köməyi ilə özlərini xarici aqressiv təsirlərdən qoruyurlar və biz patogen bakteriyalardan qorunmaq üçün onlardan bu komponentləri götürə bilərik", - deyə Zolotarev bildirib.

Diyetoloq əlavə edib ki, ədviyyatlı qidaların əksəriyyətində immun sisteminə hücum edən sərbəst radikalları azaldaraq, iltihab əleyhinə və immuniteti gücləndirən təsir göstərən antioksidantlar da var.

Həkim qeyd edib ki, məsələn, tərkibində çoxlu miqdarda "bioflavonoid" olan zəncəfil tozu immunitet sistemini keyfiyyətcə gücləndirir. 

"Bundan əlavə, zerdeçal xəstəliyin erkən mərhələsində immunitet sistemini stimullaşdıran unikal bir maddədir", - Zolotarev vurğulayıb.

Yusif EYVAZLI