Uşaqlar arasında ölüm halları artıb - Deputat
Bu gün uşaqlar arasında dispanserizasiyası formal xarakter daşıyır.
Redaktor.az xəbər verir ki, bunu deputat Kamilə Əliyeva Milli Məclisdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O bildirib ki, uşaqlar arasında ölüm halları artıb.
"Uşaqlar ürək çatışmazlığı və s. xəstəliklərdən dünyasını dəyişir. Hesab edirəm ki, dispanserizasiya mexanizminə yenidən baxılmalıdır".