Miqrendən ən çox əziyyət çəkənlər bu yaş kateqoriyasından olan insanlardır

 09:52 01.12.2023     1340

İnsanların təxminən 15%-i miqrendən əziyyət çəkir.

Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu həkim Nikolay Şamalov deyib.

O bildirib ki, miqren daha çox qadınlarda baş verir:

"Ortalama götürdükdə miqren xəstələrinin əksəriyyəti gənc qadınlardır. Miqreni müalicə etmək üçün istifadə olunan dərmanların çeşidi olduqca genişdir. Miqrenin inkişafında əsas amil dura mater nahiyəsində damar divarının iltihabıdır. Xəstəliyin gedişinə imkan verməmək və müalicə üçün vaxtında nevroloqla əlaqə saxlamaq lazımdır".

Humay İSGƏNDƏRLİ