Qış infarktından necə qorunmalı? – Akademik açıqladı

 00:18 04.12.2023     9786

Ən çox ürək tutmaları qışın payına düşür.

Bu istidən soyuğa, soyuqdan istiyə qəfil keçməklə insanda temperatur dəyişikliyinin baş verməsidir.

Bu zaman damarlar çox yığılır, daralır, ürəyin yükü artır.

Redaktor.az xəbər verir ki, akademik Oksana Drapkina məhz qışda ürəyin qorumağın şərtlərini açıqlayıb.

“Təzyiq, ürək, damar xəstələri çox ehtiyatlı olmalıdır.

Bu xəstələr üçün təlimat:

- Mütləq qışa uyğun, hətta üst-üstə qalın geyinin. Bədən soyuğu çox hiss etməməlidir. Şarf, əlcək, papaqla baş, boyun örtülməlidir. Ürəyin işemik xəstəliyi olanlar hətta ağzını şərflə örtməlidir ki, isti hava ilə nəfəs alsın.

- Soyuqda alkoqollu içki olmaz. O ürək-damar sistemini yüklədir

- Soyuqda çox işləmək, yol getmək olmaz. 1-2 saatdan bir isti yerə keçin

- Qışda təzyiqi optimal normada saxlayın. Həm şəkər, həm qlükoza səviyyəsini ölçün. Uyğun dərman terapiyası seçin.

- Ürəkdə bir balaca narahatlıq hiss edən kimi özü keçib gedər düşünməyin, dərhal həkimə gedin. Ürəkdə problem soyuq tər, yanğı, baş hərlənmə, ölüm qorxusudur (medicina).