Qaraciyər xərçənginin inkişafına səbəb olan vərdişlər

 17:43 04.12.2023     454

"Spirtli içki və yağlı ət qaraciyər xərçənginə səbəb ola bilər".

Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, bunu rusiyalı onkoloq Yevgeni Çeremuşkin deyib.

“Alkoqol və pis vərdişlər bir çox xəstəliklərin, o cümlədən qaraciyər xərçənginin əsas səbəbidir. Etil spirti qaraciyər kütləsinin 80% -ni təşkil edən hepatositlərin ölümünə səbəb ola bilər. Bundan əlavə, donuz və ya ördək kimi yağlı qidaların həddindən artıq istehlakı mənfi təsir göstərir”, - deyə həkim qeyd edib.

Həkim qidaların tərkibində olan kimyəvi əlavələrin də sağlamlıq üçün təhlükəli olduğunu qeyd edib.

Həmidə İBRAHİMLİ