Həkim mədəaltı vəzi məhv edən məhsulları SADALADI

 21:46 05.12.2023     417

Mədəaltı vəzinin sağlamlığı pis qidalanma, həddindən artıq yemək və zəhərli maddələrlə zədələnir. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq və dietoloq Oksana Mixaleva bildirib.

Həkim spirti mədəaltı vəzi üçün son dərəcə zəhərli adlandırıb. 

"Spirtli içkilərdən sui-istifadə, xüsusən də yağlı qəlyanaltılarla birlikdə kəskin pankreatit inkişaf etdirə bilər və bundan əlavə, pankreas diabetinin inkişaf riski əhəmiyyətli dərəcədə artır. Mədəaltı vəzi kifayət qədər miqdarda insulin istehsal etməyi dayandırır və insanda şəkərli diabet inkişaf edir ki, bu da insulinin ömür boyu gündəlik çoxsaylı inyeksiya şəklində tətbiqini tələb edir", - dietoloq qeyd edib.

Onun sözlərinə görə, yağlı yeməklər yemək daxili orqanlarda, ilk növbədə mədəaltı vəzidə ektopik yağ çöküntüsünü təhrik edir. 

“Vəzi hüceyrələri yağla tıxanır, bu da onların fəaliyyətinin pozulmasına və xroniki pankreatitin inkişafına səbəb olur. Bu, həzm pozğunluğuna səbəb olur, çünki mədəaltı vəzi qida həzm etmək üçün fermentlər istehsal edən ən vacib orqandır",- deyə Mixaleva söyləyib.

Həmçinin, qastroenteroloq aydınlaşdırıb ki, sadə karbohidratlardan (şirniyyatlar, çörək məhsulları) sui-istifadə vəzinin piylənməsinə səbəb olur.

Yusif EYVAZLI