Dərinin qocalmasının əsas SƏBƏBLƏRİ
Spirt, günəş şüaları və stress dərinin qocalmasına kömək edir.
Redaktor.az "İzvestiya"ya istinadən xəbər verir ki, bunu kosmetoloq Sofiko Daraselia söyləyib.
O bildirib ki, spirt üzdəki şişkinliyi artırır, xüsusən də yanaq nahiyəsində olan qan damarlarının zədələnməsinə səbəb olur və ümumiyyətlə qocalmanı sürətləndirir:
"Günəş işığına məruz qalma kollagen liflərinin məhvinə və dəri piqmentasiyasının görünüşünə təsir edə bilər. İnsanın tez-tez stresli vəziyyətdə olması xüsusilə dərinin sağlamlığına təsir edir".
Humay İSGƏNDƏRLİ