AzTV-nin əməkdaşı mədəkiçiltmə əməliyyatından sonra vəfat etdi

 10:43 06.12.2023     290

AzTV-nin 24 yaşlı əməkdaşı Vüqar Rəsulov vəfat edib.

Redaktor.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə yazıb.

Bildirilib ki, o, mədəkiçiltmə əməliyyatından 2 gün sonra dünyasını dəyişib.

Qeyd edək ki, Vüqar AzTV-də sürücü kimi çalışıb.