Arıqlama vasitələrinin arxasında gizlənən TƏHLÜKƏ
Müasir dövrün əsas problemlərindən biri də artıq çəkidir. Bundan qurtulmaq üçün insanlar müxtəlif yollara əl atırlar. Kimisi arıqladıcı çaylardan, kofelərdən istifadə edir, kimisi isə əməliyyatlara üz tutur.
Bəs, bu çay və kofelərin insan həyatında hansı mənfi təsirləri var?
Məsələ ilə bağlı Redaktor.az-a danışan sağlam qida məsləhətçisi Səbinə Yusifova bildirdi ki, insanlar anlamaq istəmirlər ki, insan orqanizmi insan həyatı deməkdir:
"Bizim sağlamlığımız hər şeydən önəmlidir və ona xətər gətirəcək, zərər edəcək nəinki dərmanlara, hətta qidalanmamıza belə diqqət etməliyik. Bu gün o çayları və dərmanları istifadə edən xəstələr yenidən dietoloqlara müraciət edərək kömək istəyirlər. Çünki mədə-bağırsaq sistemi məhv olmuş, bağırsaq florası fəalliyyətini itirmiş, çaylardan asılı vəziyyətə qalmış, saç tökülməsi, dırnaq qırılması və sair kimi fəsadlara məruz qalırlar. Hətta mənşəyi bilinməyən o dərman vasitələri onkoloji xəstəliklərə qədər yol aça bilir. Sadəcə sağlam qidalanmaqla, düzgün balanslaşdırılmış qida rasionu ilə həm müalicə almaq, həm də artıq çəkidən heç bir fəsadı olmadan azad ola bilərlər".
Həmidə İBRAHİMLİ